AZ

Türkiyənin oktyabr ayı xarici ticarət dövriyyəsi 52,9 milyard dollar olub

2024-cü ilin oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 909 milyon dollar olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildirilib. Nazirlikdən verilən məlumata görə, oktyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 23 milyard 500 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq 29 milyard 409 milyon dollar olub.

2024-cü ilin yanvar-oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 498 milyard 685 milyon dollar olub. İxracat bu dövrdə 3,1 faiz artaraq 216 milyard 195 milyon dollar, idxal isə 7,2 faiz azalaraq 282 milyard 49 milyon dollar təşkil edib.

2023-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollar olub. İxracat 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxal isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Seçilən
45
31
fins.az

10Mənbələr