AZ

Karyerasında meydana çıxdığı 800-cü matçda ilk dəfə qırmızı vərəqə aldı

“Bavariya”nın qapıçısı Manuel Noyer karyerasında meydana çıxdığı 800-cü matçında ilk dəfə qırmızı vərəqə alıb.

Sportinfo.az xəbər verir ki, bu, Almaniya kubokunun 1/8 finalında “Bayer Leverkuzen”lə görüşün 17-ci dəqiqəsində reallaşıb.

Noyer qapıçı meydançasını tərk edərək rəqibi aşkar qol imkanından məhrum edib və bu epizoda görə hakim ona qırmızı vərəqə göstərib.

Qarşılaşmanın 69-cu dəqiqəsində isə “Bayer”in yarımmüdafiəçisi Neytan Tella yeganə qolu vurub.

Leverkuzen təmsilçisi “Bavariya”nı Almaniya kubokundan kənarlaşdıraraq 1/4 finala vəsiqə qazanıb.

Seçilən
24
sportinfo.az

1Mənbələr