Türkiyənin sabiq xarici işlər nazirinin sözlərinə görə, növbəti dövrlərdə Cənubi Qafqazın əhəmiyyəti daha da artacaq. Xüsusilə Azərbaycan və Türkiyənin mərkəzdə olduğu Şərq-Qərb dəhlizinin ticarət, nəqliyyat və enerji kimi bir çox sahələrdə əhəmiyyəti artır. “Odur ki, bu bölgənin əhəmiyyəti artdıqca UID-nin bütün məsələlərdə və hər şeydən əvvəl Azərbaycanın qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməsini gözləmək hər bir Türkiyə və Azərbaycan vətəndaşının borcudur. Qurumun bunu uğurla həyata keçirəcəyinə tam inanırıq. Can Azərbaycanın haqq işini müdafiə etmək bizim tariximizə, keçmişimizə, şəhidlərimizə, qazilərimizə borcumuzdur. UID bununla bağlı üzərinə düşəni yerinə yetirməyə davam edəcək. Digər tərəfdən, məqsədimiz Türkiyə və Azərbaycanın hüquqlarının müdafiəsində diaspor dediyimiz xaricdə yaşayan azərbaycanlılarla türkiyəlilərin arasında birliyi təmin etməkdir. Bütün dünya üzrə UID-lərin sədrlikləri, regional sədrlikləri və qərargahımız bununla bağlı ciddi səylər göstərir. Hesab edirəm ki, buradakı ofis də bu mənada mühüm rol oynamalı və rolunu daha da artırmalıdır. Yəni, buradakı UID Türkiyəyə, qərargaha bağlı UID olmayacaq. İnanırıq ki, institusional formatda çalışaraq Azərbaycana çox mühüm xidmətlər göstərəcəyik. Biz hər zaman UID-nin yanında və onun xidmətində olacağıq, bütün işlərinə bacardığımız qədər dəstək verməyə çalışacağıq. Biz həmişə birik, bir yerdəyik, bir millət, iki dövlətik, amma lazım olanda bir dövlət kimi davranmağı da bilirik. Biz bunu bütün dünyaya göstərmişik”, - deyə M.Çavuşoğlu vurğulayıb.
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less