Bu gün futbol üzrə Almaniya Kubokunda 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də dörd qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Köln” – “Herta” matçında meydan sahibləri qələbə qazanıblar. “Volfsburq” doğma meydanda “Hoffenhaym”ı, “Leypsiq” isə “Ayntraxt”ı 3 cavabsız qolla yolundan kənarlaşdırıb. “Karlsrue” – “Auqsburq” matçının qalibi isə penaltilər seriyasında müəyyənləşib. Yekunda sevinən tərəf “Auqsburq” olub.
Qeyd edək ki, Almaniya Kubokunda 1/4 final mərhələsinin oyunları 2025-ci ilin fevral ayında keçiriləcək.
Almaniya Kuboku
1/8 final
3 dekabr
Arminiya – Frayburq 3:1
Qollar: Lannert, 28. Kania, 36-pen. Oppie, 81 – Qreqoriç, 63.
Regensburq – Ştutqart 0:3
Qollar: Millo, 10. Çeyz, 19. Voltemade, 61.
Bayern – Bayer 0:1
Qol: Tella, 69.
Verder – Darmştadt 1:0
Qol: Yunq, 90+4.
4 dekabr
Köln – Herta 2:1
Qollar: Nyederlexner, 30-öz qapısına. Lyubiçiç, 120+1-pen – Maza, 12-pen.
Volfsburq – Hoffenhaym 3:0
Qollar: Vavro, 63. Vind, 67. Gerhardt, 85.
Karlsrue – Auqsburq 2:2 (penaltilər 4:5)
Qollar: Şleyzener, 54. Vanitsek, 111 – Essende, 40. Varqas, 120+3.
Leypsiq – Ayntraxt 3:0
Qollar: Şeşko, 31. Openda, 50; 58.