AZ

Rusiya sahibkarları Azərbaycana ixrac üçün sertifikatlaşdırma xüsusiyyətləri barədə məlumatlandırılacaqlar

Dekabrın 12-də Rusiya İxrac Mərkəzi (RİM) sahibkarları Azərbaycana ixrac üçün məhsulların və əqli mülkiyyətin sertifikatlaşdırılması və qeydiyyatının xüsusiyyətləri haqqında məlumatlandırmaq məqsədilə vebinar təşkil edəcək.

RİM-in məlumatına görə, tədbir çərçivəsində Azərbaycanda qida və sənaye məhsullarının sertifikatlaşdırılması, ölkədə əqli mülkiyyətin və əmtəə nişanının mühafizəsi məsələlərinin müzakirəsi planlaşdırılır. İştirakçılara, həmçinin, Mərkəzin Azərbaycanda göstərdiyi xidmətlər haqqında məlumat veriləcək.

Tədbirdə Azərbaycanda sertifikatlaşdırma məsələləri üzrə konsaltinq şirkətinin, eləcə də sertifikatlaşdırma və əqli mülkiyyət məsələləri üzrə RİM-in Ekspertlərə Dəstək Mərkəzinin nümayəndələri çıxış edəcəklər.

Seçilən
27
1
vergiler.az

2Mənbələr