Çində dəmir yolu tikintisində çökmə halı baş verib.
"Cebheinfo.az" bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata əsasən, Çinin cənubunda yerləşən Quandun vilayətində, dünən gecə dəmir yolu tikintisinin çökməsi nəticəsində 13 işçi dağıntılar altında qalıb.
Sincan şəhərinin Baoan rayonunun Fövqəladə Hallar İdarəsinin verdiyi məlumata görə, Sincan-Syanmin dəmir yolu tikintisinin 5 saylı tikinti sahəsində çökmə baş verib.
Ərazidə çalışan 13 işçi çökən hissədə qalarkən, işçilərlə əlaqənin kəsildiyi bildirilib.
Yerli fövqəladə hallar xidmətləri və fəlakət yardım qrupları hadisə yerinə göndərilib. Hazırda işçilərin xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.