Bakış Trend:
Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirməişlərindən sonra açılışı olan Mərkəzi Nəbatat Bağına mediaturtəşkil olunub.
Trend-in məlumatına görə,mediatur çərçivəsində bildirilib ki, Azərbaycan florasında mövcudolan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cüildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi olaraqfəaliyyət göstərib.
Təmir zamanı ərazidə yerləşən 30-dan çox avtomobil təmiriboksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlıqanunsuz tikililər sökülüb, bunun nəticəsində Mərkəzi NəbatatBağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda girişkompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavabverən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalarəsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusişəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol vəgüllər əkilib.
Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 blokluistixana, göl kompleksi və baxış meydançası inşa edilib.
Bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib,aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslıtəmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağınərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağdalabirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncəmeydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnəgiriş zonası öz tarixi üslubunda təmir edilib.
Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib.Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasiroturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidəsistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqlarınsuvarma sistemləri yenilənib.
Trend-in əməkdaşı bağıngözəlliyini kamerasının yaddaşına köçürüb: