"Bavariya"nın və Almaniya yığmasının yarımmüdafiəçisi Coşua Kimmix qışda gələcəyi ilə bağlı qərar verəcəyini bildirib.
Sportal.az xəbər verir ki, "Bild"ə danışan təcrübəli futbolçu bir çox təklifi olsa da, "Bavariya"da qalacaq:
"Yaya qədər gözləməyəcəm. Qışda oturub ümumi vəziyyətə baxacam. Yanvarda düzgün qərar verəcəm”.
Kimmix 2015-ci ilin iyulunda “Ştutqart”dan "Bavariya"ya keçib. Onun Münhen klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatır. Bu mövsüm 29 yaşlı Kimmix bütün turnirlərdə 19 oyun keçirib, 4 asist edib. Kimmixin transfer qiyməti 50 milyon avrodur.
saytlarin hazirlanmasi