AZ

Azərbaycan nümayəndə heyəti İstanbul İqtisadiyyat Sammitində iştirak edib » AzadMedia.az


İqtisadiyyat nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci İstanbul İqtisadiyyat Sammitində iştirak edib. Azərbaycanda inklüziv, innovativ və dayanıqlı iqtisadiyyatın inkişafı üçün həyata keçirilən addımlar qeyd edilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə “Süni zəka və iqtisadiyyat” mövzusunda keçirilən 8-ci İstanbul İqtisadiyyat Sammitində iştirak edib.
Dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Elnur Əliyev sürətlə inkişaf edən dünyada dayanıqlı və davamlı inkişaf üçün innovasiya və qabaqcıl texnologiyaların tətbiqinin, dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini vurğulayıb. 8-ci İstanbul İqtisadiyyat Sammitinin texnologiya, süni intellekt və sənaye 4.0 sahəsində daha sıx əməkdaşlıq üçün mühüm platforma olduğu qeyd edilib.
Ölkəmizdə keçirilən COP29-un dayanıqlı gələcək üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb. Azərbaycanda inklüziv iqtisadiyyatın inkişafı, dövrün tələblərinə uyğun insan kapitalının formalaşdırılması, müasir bilik və bacarıqların təşviqi istiqamətində həyata keçirilən addımlar barədə məlumat verilib. Sahibkarlıq fəaliyyətində Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqinin genişləndirilməsi, startapların təşviqi, həmçinin şirkətlərin rəqəmsal transformasiyasına dəstək alətləri qeyd edilib.

Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə hazırlanan strategiyanın ölkəmizdə rəqəmsal bacarıqların inkişafı da daxil olmaqla iqtisadiyyatın bütün komponentlərinin inkişafına xidmət edəcəyi vurğulanıb.
İki gün davam edəcək sammit çərçivəsində turizm, səhiyyə, energetika, tikinti və digər sahələrin rəqəmsallaşması, innovasiya, süni intellektin təsirləri ilə bağlı mövzularda panel sessiyalar, rəqəmsal həllərin təqdim olunduğu sərgilər təşkil olunur, dövlət və özəl sektor nümayəndələri arasında görüşlər keçirilir.

Seçilən
20
11
azadmedia.az

10Mənbələr