AZ

"İnvestisiyaya kapital qoyuluşlarının həcmi 14% olacaq"

Bütövlükdə biz investisiyaların həcmini bu gün ölkə iqtisadiyyatının həcmi ilə nisbətini hələ qənaətbəxş olması barədə fikir söyləyə bilmirik. Təqribən gözləntilər ondan ibarətdir ki, investisiyaya kapital qoyuluşlarının həcmi 14% olacaq. Bu, müvafiq optimal parametrlərdən xeyli uzaqdır, ona görə də bütövlükdə bu həcmi artırmaq lazımdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin Azərbaycan iqtisadiyyatında, eyni zamanda dünya iqtisadiyyatında 2024-cü ildə baş verən proseslər, 2025-ci illə bağlı gözləntilər mövzusunda ilin iqtisadi yekunlarına həsr edilmiş brifinqdə dedi.

O qeyd edib ki, bu gün dünyada yeni texnoloji quruluş formalaşır və yeni texnoloji quruluşun əsas prioritet qabaqlayıcı artım verən istiqamətləri var. Bu, yüksək texnologiyalarla, biotexnologiyalarla, nanotexnologiyalarla bağlıdır, onların səhiyyədə tətbiqidir.

Professor, bu gün bizim təəssüflər olsun ki, səhiyyə, əczaçılıqla bağlı sənayemizin bir çox hallarda o çağırışlara cavab vermədiyini təəssüflə qeyd edib. Bu məsələnin həlli ilə bağlı E.Məmmədov vurğulayıb ki, bunun üçün sözsüz ki, qeyri-investisiyaları məhz o istiqamətlərə prioritet olaraq yönləndirməliyik. Bunun iki yöndə effekti olacaq, bir tərəfdən yeni iş yerləri və yeni iş yerlərində daha çox əməkhaqqının tutumlu olmasıdır, çünki yüksək texnoloji sahələrdə əməkhaqqı da yüksək olur. Digər tərəfdən bu ölkəyə texnologiyaların gətirilməsidir.

Seçilən
48
operativmm.az

1Mənbələr