AZ

“Galatasaray” və Hacıosmanoğlu arasında QALMAQAL

Son günlər Türkiyə futbolunda gərginlik artaraq davam edir.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə,  çempionatın son turunda “Qalatasaray”ın doğma meydanda “Eyüpspor”la qarşılaşmada xal itirməsi “sarı-qırmızılı”lar tərəfindən həmin matçdakı hakim səhvləri ilə əlaqələndirilib.

Matçdan sonra bu barədə açıqlamalar verən baş məşqçi Okan Buruk və klub prezidenti Dursun Özbek gözlənilməz reaksiya ilə qarşılaşıblar.

Belə ki, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu “Qalatasaray” əleyhinə çox sərt və qəribə açıqlamalar verib. Hacıosmamoğlu bu söz-söhbətlərin mənasız olduğunu dilə gətirərək bundan sonrakı ittihamlarda əvvəlki TFF prezidentləri kimi səssiz qalmayacağını, cavabı prezident kimi yox, şəxsən verəcəyini bildirib. “Qalatasaray”ın ədalətdizliyə qarşı çıxmasını absurd hesab edən prezident geridə qalan turlarda uğurlu nəticələrin necə əldə olunduğunu sorğulayıb. Bu isə “Qalatasaray”ın səbirini daşıran son damla olub.

Davamında klubdan bu məsələ ilə bağlı açıqlamalar verilib. Açıqlamada TFF prezidentini tərəfkeşliklə günahlandıran “cimbom” onu dərhal istefaya dəvət edib.

Klub prezidenti Dursun Özbek də öz növbəsində İbrahim Hacıosmanoğlunun bundan sonra Türkiyə futboluna fayda verə bilməyəcəyini, bir nəfərin əsiri olduğunu (bax: Ali Koç), “Qalatasaray”a və onun prezidentinə qarşı hörmətsizlik etdiyini bildirib.

Bundan sonra Türkiyə futbolunda baş verəcək proses ictimaiyyət tərəfindən maraqla gözlənilir.

Qeyd edək ki, hakimin bir sıra mübahisəli qərarı ilə yadda qalan “Qalatasaray” – “Eyüpspor” matçı 2:2-lik bərabərliklə başa çatmışdı.

Seçilən
42
9
heftelik.az

10Mənbələr