AZ

Ukraynaya məxsus daha 33 pilotsuz təyyarə vuruldu

Rusiya hərbçiləri bir gecədə Krım səması da daxil olmaqla Rusiyanın dörd regionu üzərində 33 Ukrayna pilotsuz təyyarəsini vurub.

"Cebheinfo.az" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, dünən gecə Kiyev rejiminin stasionar qanadlı PUA-lardan Rusiya ərazisindəki obyektlərə terror hücumu cəhdlərinin qarşısı alınıb. 

Növbətçi hava hücumundan müdafiə qüvvələri Voronej vilayəti üzərində 14, Kursk vilayəti üzərində 11, Belqorod vilayəti üzərində 7, Krım Respublikası üzərində 1 olmaqla toplam 33 Ukrayna pilotsuz təyyarəsini vurub.

Nazirlik eyni zamanda Krım yarımadasına doğru hərəkət edən Ukraynaya məxsus iki pilotsuz sürət qayığının Rusiya Qara Dəniz Donanmasının dəniz aviasiya qrupları tərəfindən məhv edildiyini də bildirib. 

Seçilən
44
17
cebheinfo.az

10Mənbələr