Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib
1news.az xəbər verir ki, bu barədə Fuat Oktay "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Azərbaycan Respublikası Milli Məclisinin 106-cı Yaranma Yubileyi münasibətilə təşkil ediləcək Beynəlxalq Parlament Konfransında iştirak etmək üçün heyət olaraq can Azərbaycandayıq" - deyə F.Oktay əlavə edib.