AZ

KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb

Bakı. Trend:

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi(KOBİA) və Asiya İnkişaf Bankı (AİB) arasında AzərbaycandaKOB-ların yaşıl keçidi və yaşıl inkişafına dair Anlaşma Memorandumuimzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AİB-inAzərbaycanda Rezident Missiyasının rəhbəri Sunniya Durrani-Camalimzalayıblar.

Memorandumda AİB tərəfindən KOBİA-nın irəli sürdüyü “KOB-larınyaşıl keçidi üçün Bakı İqlim Koalisiyası Bəyannaməsi”nə dəstəkifadə edilməklə, bəyannamədə öz əksini tapmış məsələlər, o cümlədənKOB-ların yaşıl keçidinə yönəlmiş fəaliyyətin birgə həyatakeçirilməsi nəzərdə tutulur.

Bu məqsədlə memorandumda KOB-ların yaşıl təşəbbüslərininreallaşdırılmasına, bu sahədə bacarıqlarının artırılmasına və yaşılmaliyyəyə çıxışına birgə dəstəyin göstərilməsi, KOB-ların yaşılkeçidinə dəstək üçün normativ bazanın təhlili istiqamətindətədbirlərin görülməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksinitapıb.

Tərəflər arasında keçirilmiş görüşdə KOB-ların yaşıl keçidi,KOBİA və AİB arasında KOB sahəsində əməkdaşlıq imkanları, eləcə dəmemorandumdan irəli gələn məsələlər müzakirə edilib.

KOB-ların
Seçilən
85
9
az.trend.az

9Mənbələr