AZ

Azad edilmiş ərazilərin inkişafı istiqamətində iqtisadi canlanmanın sürətləndirilməsi müzakirə olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindəməsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmışƏlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarasıMərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun Kəlbəcər şəhərindənövbəti iclası keçirilib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbərverir.

Məlumata görə, iclasda İşçi Qrupunun rəhbəri, iqtisadiyyatnazirinin birinci müavini Elnur Əliyev ölkə başçısının sərəncamıilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azadedilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”çərçivəsində işğaldan azad edilmiş ərazilərin inkişafıistiqamətində iqtisadi canlanmanın sürətləndirilməsi, investisiyacəlbediciliyinin artırılması məqsədilə əhatəli və məqsədyönlüinfrastruktur layihələrinin icra olunduğunu qeyd edib.

Eyni zamanda, bildirib ki, ərazilərdə iqtisadi aktivliyininsürətləndirilməsi, tətbiq edilən güzəşt və azadolmalar barədəmaraqlı tərəflər, o cümlədən, sahibkarlıq subyektləri üzrəmaarifləndirmə işlərinin aparılması, onların güzəşt vəazadolmalardan faydalanması üçün rezident statusunun verilməsi vəvergi uçotuna alınması istiqamətində işlər davam etdirilir.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəsi Bəşir Hacıyev Kəlbəcər rayonunda aparılan bərpa vəquruculuq işlərindən danışıb, əhalinin öz yurdlarına geri qayıdışı,məşğulluğun təmin edilməsi məqsədilə Kəlbəcər rayonunda müxtəlifistiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlarbarədə məlumat verib və iş adamlarının Kəlbəcərdə biznesfürsətlərindən lazımınca yararlana biləcəyini vurğulayıb.

İclas zamanı Dövlət Proqramının icrası çərçivəsində 2025-2026-cıillər üzrə nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələraparılıb.

İclasdan sonra isə İqtisadi məsələlər üzrə işçi qrupun üzvləriKəlbəcər şəhərində yaradılmış infrastrukturla və hazırda davam edənbərpa-quruculuq işləri ilə yerində tanış olublar.

Seçilən
49
13
az.trend.az

10Mənbələr