AZ

KOBİA ADB ilə KOB-ların "yaşıl keçid"inə dair Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Asiya İnkişaf Bankı (ADB) arasında KOB-ların "yaşıl keçid"i və "yaşıl inkişaf"ına dair Anlaşma Memorandumu imzalanıb.

"Far.Az" KOBİA-ya istinadən xəbər verir ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və ADB-nin Azərbaycanda Rezident Missiyasının rəhbəri Sunniya Durrani-Camal imzalayıb.

Memorandumda ADB-nin KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası Bəyannaməsi”nə dəstəyi ifadə edilməklə, bəyannamədə öz əksini tapmış məsələlər, o cümlədən KOB-ların yaşıl keçidinə yönəlmiş fəaliyyətin birgə həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə memorandumda KOB-ların "yaşıl təşəbbüs"lərinin reallaşdırılmasına, bu sahədə bacarıqlarının artırılmasına və "yaşıl maliyyə"yə çıxışına birgə dəstəyin göstərilməsi, KOB-ların "yaşıl keçid"inə dəstək üçün normativ bazanın təhlili istiqamətində tədbirlərin görülməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb.

Tərəflər arasında keçirilmiş görüşdə KOB-ların yaşıl keçidi, KOBİA və ADB arasında KOB sahəsində əməkdaşlıq imkanları, eləcə də memorandumdan irəli gələn məsələlər müzakirə edilib.

Seçilən
63
9
far.az

9Mənbələr