Bakı. Trend:
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakının ikiqəsəbəsində yeni idman zallarının tikdirilməsi üzrə işlər həyatakeçirəcək.
Trend-indövlət satınalmalarının vahid internet portalından əldə etdiyiməlumata görə, artıq bununla bağlı nazirlik hazırlıqlarabaşlayıb.
Belə ki, Bülbülə idman zalının lll mərhələ üzrə tikintisinindavam etdirilməsi və Qaraçuxur idman zalının tikintisi üzrətikinti-quraşdırma işlərinin satın alınması prosesi startgötürüb.
Bülbülə idman zalında görüləcək işlər nazirliyə 504.160,71 AZN-ə(504 min 160 manat 71 qəpik), Qaraçuxur idman zalı ilə bağlı işlərisə 470.757,28 AZN-ə (470 min 757 manat 28 qəpik) başa gələcək.
Nazirlik sözügedən işlərin icrasını “RTZ” Məhdud MəsuliyyətliCəmiyyətinə həvalə edib.
Beləliklə, hər iki idman zalı üzrə ümumilikdə şirkətə 974 min917 manat 99 qəpik ödəniləcək.