Amerikalı tətqiqatçılar Xərçəng xəstəliyinin müalicəsində yüksək dozalı vitamin C-nin müsbət təsirini təsdiqləyiblər.
Randomizasiya olunmuş tətqiqatlarda aşkar edilib ki, kemoterapiya ilə birlikdə yüksək dozalı venadaxili (IV) vitamin C-nin təyin edilməsi metastas vermis pankreas xərçəngindən əziyyət çəkən pasiyentlərdə yaşama müddətini 8 aydan 16 ayadək artırır. Bu iki dəfəyədək artım deməkdir.
İowa Universitetinin cərrahiyyə və radiasiya onkologiyası professoru və tədqiqatın baş müəllifi Dr. Joe Cullen bildirir: “Bu xəstəlik ölümcül xəstəlikdir. Müalicə ilə ortalama ömür müddəti 8 aydır, müalicə edilmədikdə isə bu müddət daha da qısa olur. Beş illik ömür müddəti ehtimalı isə çox azdır.”
Əlavə olaraq, “Tətqiqata başlayanda 8 aydan 12 aya qədər ömür müddətini uzada bilsək, uğurlu nəticə olduğunu düşünürdük. Lakin müddəti 16 aya qaldıra bildik.”
UI Health Care Holden Kompleks Xərçəng Mərkəzinin üzvü olan Joe Cullen deyir ki: “Əlbəttə ki, müalicə müddətində eniş-yoxuşlarımız oldu, lakin bu, bir çox insanın zəhmətinin kulminasiya nöqtəsidir". Həqiqətən də xəstələr və İowa Universitetinin araşdırmaları üçün müsbət nəticələr əldə etdik."
Artan ömür müddəti və həyat keyfiyyətinin yaxşılaşması
Tədqiqatda 4-cü mərhələdə metastas vermiş mədəaltı vəzi xərçəngi olan 34 xəstə ya standart kimyaterapiya (gemsitabin və nab-paklitaksel), ya da kemoterapiya ilə birlikdə yüksək dozalı vitamin C infuziyaları tətbiq edilərək təcrübə edilib. Nəticələr göstərdi ki, Kimyaterapiya və əlavə olaraq venadaxili yüksəkdozalı vitamin C tətbiq edilən xəstələr üçün orta ömür müddəti müddəti 16 aydır. Sadəcə kimyaterapiya alan xəstələr üçün isə bu müddət 8 aydır. Bundan əlavə, yüksəkdozalı vitamin C tətbiq edilən, amma yaxşılaşma əldə edilməyən xəstələrdə ömür müddəti isə 4 aydan 6 aya qədər uzanmışdır.
Joe Cullen qeyd edib ki, “Bu, kimoterapiya ilə birlikdə yüksək dozalı Vitamin C qəbul edən xəstələrdə sadəcə ömür müddəti artırmır, həm də xəstələr müalicə ilə özlərini daha yaxşı hiss edirlər, onlar daha az yan təsirlərə məruz qalırlar, həmçinin daha çox müalicəyə tab gətirirlər.” – deyə, sınaqdan keçirtdiklərini bildiriblər.
Bu ilin əvvəlində beyin xərçənginin ölümcül forması olan glioblastoma olan xəstələrdə 2-ci fazasının digər klinik sınaqlarının nəticələri dərc edilib. Həmin tədqiqatda, həmçinin yüksək dozalı (IV) vitamin C ilə birlikdə standart qayğı kimoterapiyası və radiasiyaya qəbul etdikdə ömür müddətinin uzanmasında ciddi artım müşahidə edilib. Joe Cullen həmkarı, Dr, PhD, UI professoru və radiasiya onkologiyasının rəhbəri Bryan Allen ilə birlikdə bu sınaqda iştirak edib.
Kiçik hüceyrəli ağciyər xərçəngində üçüncü faza 2-ci sınaq isə hələ də davam edir və nəticələrin il ərzində elan ediləcəyi gözlənilir.
Joe Cullen əlavə edir, “bu mərhələdə 2-ci sınaqları keçirmək həqiqətən ümidverici nəticələri əldə etmək üçün bizim üçün olduqca vacib idi. Məqsədimiz, çox ucuz və çox yaxşı tolerasiya edilən yüksək dozalı (IV) vitamin C əlavəsinin ABŞ əhalisinə ən ölümcül təsir göstərən xərçəng növlərinin müalicəsində yaxşılaşdıra əldə edə biləcəyimizi göstərməkdir”
Klinik sınaqlara uzun bir səyahət
Dr. Cullen, Dr.Allen və UI Health Care-dəki həmkarları onilliklər ərzində yüksək dozalı (IV) vitamin C-nin xərçəng əleyhinə təsirini araşdırırlar. Onların işi venadaxili verilən C vitamini ilə ağızdan qəbul edilən vitamin C-nin arasında kritik bir fərq aşkar ediblər. C vitamininin damar yolu ilə verilməsi qanda çox yüksək səviyyələrdə təsir göstərir ki, bu da ağızdan qəbul edilmə ilə əldə edilə bilməz. Bu yüksək konsentrasiyalar xərçəng hüceyrələrində unikal kimyəvi reaksiyalara səbəb olur ki, bu da hüceyrəni kimya və radiasiya müalicələrinə qarşı daha həssas edir.
Joe Cullen qeyd edir ki, xərçəng müalicəsi olaraq yüksək dozalı vitamin C-yə şübhə ilə yanaşmasına baxmayaraq, onun və həmkarlarının əsas elmi tapıntılardan tutmuş müxtəlif klinik sınaqlar vasitəsilə işdəki bioloji mexanizmləri anlamaq üçün əldə etdikləri nəticələr çox ümidverici olmuşdur.
Dr. Joe Cullen əlavə edir, “Prosesin hər addımında o, təkmilləşməyə davam etdi. Biz bunu hüceyrə səviyyəsində etdik, əla səviyyədə təsir göstərdi. Biz bunu siçanlarda yoxladıq, əla nəticələr əldə etdik. Sonra birinci mərhələ sınaqlarımız çox ümidverici görünürdü. Beləliklə, irəliləyiş həqiqətən gözlədiyimizdən də yaxşı oldu. Məsələn, yüksək dozalı (IV) C vitaminini radiasiya ilə birlikdə etdikdə, mədəaltı vəzi xərçəngi üçün 1-ci faza sınaqlarımızda üç uzun ömür müddətinə sahib xəstəmiz oldu. Onlar doqquz il bu vəziyyətdə yaşadı ki, bu da tipik ömür müddəti diapazonundan xeyli yaxşı nəticədir."
Dr. Cullen və Dr. Allen ilə yanaşı, UI komandasına UI Carver Tibb Kolleci, UI İctimai Sağlamlıq Kolleci və Milwaukeedəki Viskonsin Tibb Kollecinin Cərrahiyyə, Radiasiya Onkologiyası, Daxili Xəstəliklər şöbələrinin xərçəng həkimləri və tədqiqatçıları da daxil idi.