AZ

Sülhəddin Əkbərin də partiyası ləğv EDİLDİ

Ədliyyə Nazirliyinin Azad Demokratlar Partiyasının (AzDP) ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.

Redaktor.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Azad Demokratlar Partiyası (AzDP) 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın 5000 üzvü olmadığı üçün ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.

Xatırladaq ki, bu gün Bakı Apellyasiya Məhkəməsi Azadlıq Partiyasının da ləğvi ilə bağlı qərar qəbul edib. 

Seçilən
54
42
redaktor.az

10Mənbələr