Bakı. Trend:
Ağdam rayonunun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərindətikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarınıntikinti-quraşdırma işləri həyata keçiriləcək.
Bu barədə Trend dövlət satınalmalarının vahid internetportalından məlumat əldə edib.
Məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavəndrayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqişəxsi hazırlıqlara başlayıb.
Qurum Sarıcalıda sözügedən işlərin icrasının 5.144.546,09 AZN-ə(5 milyon 144 min 546 manat 9 qəpik), Xıdırlıda 3.395.004,44 AZN-ə(3 milyon 395 min 4 manat 44 qəpik), Kəngərlidə isə 6.939.074,12AZN-ə (6 milyon 939 min 74 manat 12 qəpik) başa gələcəyiniproqnozlaşdırıb.
Beləliklə, hər üç kənddə tikintisi nəzərdə tutulan qeyri-yaşayışbinalarının tikinti-quraşdırma işlərinə qurum 15 milyon 478 min 624manat 65 qəpik vəsaitin sərf olunacağını ehtimal edir.