AZ

"iPhone 17" fərqli ekranla təqdim edilə bilər

"Apple" şirkətinin 2025-ci ildə təqdim edəcəyi "iPhone 17" seriyası ilə bağlı yeni məlumatlar sızdırılıb. Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "iPhone 17 Pro" və "Pro Max" modellərinin əvvəlki "iPhone" modellərinə nisbətən daha böyük olacağı, arxada yer alan kvadrat şəklindəki kamera çıxıntısının daha geniş yer tutacağı bildirilib.Məlumatlara görə, "Apple" bu modellərdə ekran texnologiyasını da yeniləmək niyyətindədir. "iPhone 17 Pro" modelləri LTPO ekran paneli yerinə yeni Kiçik Dielektrikli TEE texnologiyası ilə təchiz edilə bilər. Bu texnologiyanın OLED panelinin altında yerləşən PCB-yə aid olduğunu təxmin etmək olar. Bu ekran texnologiyasının daha yaxşı batareya ömrü və daha yüksək performans təklif etməsi gözlənilir.

Daha əvvəl yayılan xəbərlərdə "iPhone 17 Pro" modellərində "Dinamik Ada"nın daha kiçik versiyasının, 12 GB RAM, 24 MP ön kamera və A19 Pro çipinin istifadə olunacağı bildirilmişdi. Həmçinin "Apple"ın "iPhone 17 Pro" və "Pro Max" modelləri üçün titan korpusdan istifadə etməyə davam edəcəyi, alüminium korpusa geri dönməyəcəyi iddia olunur.

Seçilən
40
metbuat.az

1Mənbələr