Bu səhər Böyük Britaniyanın dəmir yolu şəbəkəsində nasazlıq qeydə alınıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, problem maşinistlər və siqnalçılar arasında istifadə olunan rabitə sistemində yaranıb.
Nasazlıq səbəbindən qatarlar səfərlərinə gec başlayıb, bəzi reyslər isə ləğv edilib və ya dəyişdirilib.
Məlumata görə, bu nasazlıq London və İngiltərənin cənubunu əhatə edən “Elizabeth Line” xəttinə, “South Western Railway”, “Gatwick Express”, “Great Northern”, “Southern”, “Southeastern” və “Thameslink” xidmətləri, həmçinin “ScotRail”ə təsir edib.
Sərnişinlərə səfərdən əvvəl qatar cədvəllərini yoxlamaq və mümkün gecikmələrə hazır olmaq tövsiyə edilib.