Mahir Emreli Almaniya 2-ci Bundesliqasında məğlubiyyət acısı yaşayıb.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Nürnberq" 15-ci turda "Elversberq"in qonağı olub.
Emrelinin komandası hesabı açsa da, meydan sahibləri oyunda dönüş yarada biliblər. Qarşılaşma 2:1 hesabı ilə yekunlaşıb. Start heyətində yer alan Mahir 62-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. "Nürnberq" ardıcıl 5-ci oyunda qələbə qazana bilməyib.
Qeyd edək ki, hesabında 19 xal olan Miroslav Klozenin komandası 12-ci pillədə qərarlaşıb.
İdman.biz