Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Bundesliqa II - nin XV turu çərçivəsində növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Emrelinin komandası səfərdə "Elversberq" ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin "2-1" hesablı qələbəsi ilə başa çatıb.
Mahir görüşə start heyətdə başlayıb və sona qədər meydanda olub.
"Nürnberq" 14-cü dəqiqədə Kastropun qolu ilə önə çıxsa da 44 və 53-cü dəqiqələrdə buraxdığı qollarla məğlub olub.
Qeyd edək ki, həmyerlimiz 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.