AZ

İtaliya A seriyası: "Atalanta" "Milan"ı məğlub etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İtaliya A Seriyasının 15-ci turunda "Atalanta" "Milan"ı qəbul edib.
Oxu.Az-ın məlumatına görə, qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
12-ci dəqiqədə "Atalanta"nın yarımmüdafiəçisi Şarl De Ketelare hesabı açıb. "Milan"ın cavab qolunu 22-ci dəqiqədə Alvaro Morata vurub. 87-ci dəqiqədə Ademola Lukman ev sahiblərinin qələbəsini təmin edib.
"Atalanta" bu qələbədən sonra 34 xalla liderliyə qalxıb. "Milan" 22 xalla yeddinci yerdədir.
Seçilən
112
8
oxu.az

10Mənbələr