Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi Finlandiya HİK-i İsveç təmsilçisi "Djurqarden"lə yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, 40 dəqiqəlik 3 hissənin oynanıldığı görüş HİK-in məğlubiyyəti ilə yekunlaşıb - 1:6.
Meydana start heyətində daxil olan Kökçü 65-ci dəqiqədə komandası 1:0 öndə olarkən əvəzlənib.
HİK yeganə qolu 51-ci dəqiqədə penaltidən vurub. Komandasına penalti qazandıran isə Kökçü olub.
Matçın 65-ci dəqiqəsindən sonra HİK-də bütün meydan oyunçuları əvəzlənib və az oyun şansı qazanan futbolçulara şans verilib.
HİK Finlandiya çempionatında 45 xalla 3-cü pillədə qərarlaşıb.