AZ

“S&P Global Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib

Bakı. Trend:

“S&P Global Ratings” 2024-cü il üçün Azərbaycanın real ÜDMartımını 4,5 faiz səviyyəsində proqnozlaşdırır (əvvəlki proqnoz –2,5 faiz).

Trend “S&P”yə istinadənxəbər verir ki, agentlik 2025–2027-ci illər ərzində ölkəniniqtisadi artımını illik 2 faiz səviyyəsində proqnozlaşdırır.

Qeyd edək ki, reytinq agentliyi Azərbaycanın nominal ÜDM-sinin2024-cü ildə 126 milyard manat (74 milyard ABŞ dolları), 2025-ciildə 127 milyard manat (75 milyard ABŞ dolları), 2026-cı ildə 132milyard manat (78 milyard ABŞ dolları), 2027-ci ildə isə 137milyard manat (81 milyard ABŞ dolları) olacağınıproqnozlaşdırır.

Xatırladaq ki, digər beynəlxalq qurumların Azərbaycan üzrə ÜDMartım proqnozları belədir: BMT - 2024-cü il üçün 2,6 faiz; DünyaBankı - 3,2 faiz, Moody's - 2 faiz; Avropa Yenidənqurma və İnkişafBankı: 2024-cü il üçün 3,8 faiz, 2025-ci il üçün 2,7 faiz; Asiyaİnkişaf Bankı - 2024-cü il üçün 2,7 faiz, 2025-ci il üçün 2,6 faiz;ING - 2024-cü il üçün 4,2 faiz, 2025-ci il üçün 2,6 faiz, 2026-cıil üçün 2,8 faiz.

Seçilən
41
12
az.trend.az

10Mənbələr