FİFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında mübarizə aparacaq komandalarla turnirdə iştirakın iqtisadi məqsədəuyğunluğunu izah etmək üçün görüş keçirib.
QOL.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Həmçinin oxuyun: “Əlavə gəlir narazılıqları aradan qaldırır” - Açıqlama
Görüşdə FİFA nümayəndələri konkret rəqəmlər açıqlamasalar da, 2025-ci il klublararası dünya çempionatının mükafat fondunun Çempionlar Liqasındakı analoji fonddan çox ola biləcəyini bildiriblər.
FİFA-nın qarşısına turnirdə qalib gələn kluba ən azı 100 milyon avro ödəməyi vəzifəsi qoyduğu vurğulanır. Halbuki mövsüm ərzində UEFA-nın himayəsində olan bütün yarışlarda qalib gələn komanda 111 milyon avroya qədər pul qazana bilir.
Eyni zamanda, yeni sponsorlar cəlb etməklə turnirin mükafat fondunun artırılması mümkündür.