AZ

Yüksək Liqa: “Araz-Naxçıvan” üçün revanş şansı

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə “Olimpik Star”da baş tutacaq.

Turun maraqla gözlənilən matçı lider “Baku Fire” ilə son çempion “Araz-Naxçıvan” dueli olacaq. Birinci dövrədə “qırmızı-ağlar”ı məğlub edən hazırkı lider xal itirmədən zirvədə qərarlaşıb. Əsas rəqiblərinə yenilən “Araz-Naxçıvan” üçün qızıl medal iddiasını davam etdirmək üçün bu qarşılaşmadan qalib ayrılmaq vacibdir. Saat 13:00-da start götürəcək dueli FİFA referiləri idarə edəcək.

Əsas rəqiblərinin üz-üzə gələcəyini nəzərə alan “Neftçi” üçün xal ehtiyatını artırmaq şansı yaranıb. Bunun üçün “ağ-qaralar” debütant “Şuşa”ya şans verməməlidir.

Turun son oyunu da turnir cədvəli baxımından maraqlıdır. Cari mövsümüdə ilk və hələlik yeganə qələbəsini “Yasamal Bakı” ilə oyunda qazanan U-19 həmin nəticəni təkrarlamaq arzusunda, “Yasamal Bakı” isə xal “orucu”nu açmaq niyyətindədir.

Yüksək Liqa
6-cı tur
7 dekabr

Araz-Naxçıvan – Baku Fire
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Ramil Namazov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Neftçi İK – Şuşa
Hakimlər: Hacıəli Ağayev, Mahir Məmmədov, Kənan Məlikov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 15:00.

Yasamal Bakı – U-19
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Rza Məmmədov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:00.

Xallar: Baku Fire – 15. Neftçi – 12. Araz-Naxçıvan – 9. Şuşa – 6. U-19 – 3. Yasamal Bakı – 0.

Seçilən
64
1
arena.az

2Mənbələr