“Lənkəran”nın kapitanı Rəşid Abbasovun “Şəki” ilə oyundan öncə klubun mətbuat xidmətinə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, basketbolçu komandasına güvəndiyini bildirib:
“Ordu”ya uduzmağımız qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün daha çox səbəb yaratdı. Hansısa məğlubiyyət komandamızın abu-havasına geniş miqyasda təsir edə bilməz. Biz həmişəki kimi mübarizəmizi davam etdirməyə hazırıq. “Şəki” ilə oyuna yalnız qələbə qazanmaq üçün çıxacağıq. Əsas oyunçularımızdan olan Qreqory Miltonu itirdik. Lakin bu komandaya çox təsir etmədi və biz əvvəlki kimi məşqlərə davam edirik. Məşqçi onu əvəz edəcək oyunçunu axtarır. Hər bir oyunçu statusundan asılı olmayaraq komanda üçün əlindən gələni edir”.