AZ

Bakıda keçirilən beynəlxalq konfrans Azərbaycan parlamentarizminin inkişafına töhfə verəcək – İlyas Umaxanov

Bakı, TurkicWorld

Bu gün keçirilən beynəlxalq konfrans Azərbaycan parlamentarizminin inkişafına, eləcə də Rusiya ilə Azərbaycanın çoxşaxəli əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini İlyas Umaxanov Azərbaycanın Milli Məclisində (parlament) keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.

İ.Umaxanov xatırladıb ki, sentyabr ayında Azərbaycan parlamenti, Qarabağ da daxil olmaqla, ölkənin bütün ərazisində demokratik prinsiplərə uyğun seçkilər keçirib.

Onun sözlərinə görə, bu beynəlxalq konfransın keçirilməsi yalnız Azərbaycan parlamentarizminin mənşəyinə müraciət deyil, həm də respublikada demokratik dəyişikliklərin pionerlərinə hörmət ifadəsidir. Bu, keçmişlə bu gün arasında körpü yaratmaq, nəsillərin davamlılığını nümayiş etdirməkdir ki, bu olmadan gələcək mümkün deyil.

Qeyd edək ki, konfransın gündəliyində parlamentlərin müasir qlobal proseslərdəki rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının təqdim etdiyi imkanlar və parlament müzakirələrindən doğan fikir mübadiləsinin qlobal çağırışların həllinə töhfəsi ilə bağlı müzakirələr yer alır.

Konfrans çərçivəsində "Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya nümunələri" mövzusunda dəyirmi masa təşkil ediləcək. Həmçinin, tədbir iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri və həmin ərazilərdə aparılan tikinti və bərpa işləri ilə tanışlığı da nəzərdə tutulub.

Seçilən
12
1
turkic.world

2Mənbələr