AZ

Əl-Cəzirə: İsrail “Hizbullah” hərəkatı ilə əldə olunan atəşkəsi 155 dəfə pozub

İsrail ordusu (SAXAL) Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatı ilə əldə olunan kövrək atəşkəs rejimini sistematik şəkildə pozmaqda davam edir.

Xezerxeber.az xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, SAXAL atəşkəsin başladığı noyabrın 27-dən bəri Livanın paytaxtı Beyruta, həmçinin ölkənin cənubundakı bir neçə şəhərə endirdiyi son hava zərbələri ilə onların sayını 155-ə çatdırıb.

Buna baxmayaraq Tel-Əviv mütəmadi olaraq “Hizbullah” hərəkatını atəşkəsə əməl etməməkdə günahlandırır.

Xatırladaq ki, noyabrın 26-da Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatı ilə İsrail arasında atəşkəs rejimi elan edilib. Razılaşmaya görə, hərəkatın silahlı qüvvələri Litani çayının şimalına çəkilməli, Livan hərbçiləri 60 gün ərzində həmin mövqelərə yerləşməli və İsrail ordusu tədricən Livan ərazisindən çıxmalıdır.

Seçilən
4
3
xezerxeber.az

4Mənbələr