Qarabağın inkişafı prosesində Azərbaycanla bir yerdəyik.
Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
“Qarabağda ilk günlərdən hava limanlarının, yolların tikintisində, şəhərlərin yenidən inşasında Azərbaycanın sonuna qədər yanındayıq, özəl sektorumuzu da bu işə cəlb olunub. İndi də yenə taxılçılıq, səhiyyə sahəsində əməkdaşlıqlar davam edir. Antiterror əməliyyatından sonra özəl sektorumuz Xankəndi başda olmaqla bölgədə digər şəhərlərdə layihələr həyata keçirib. Bundan sonra lazım olarsa, infrastruktur sahəsində və digər layihələr həyata keçirəcəyik. Sadəcə Qarabağda deyil, bütün Azərbaycanda layihələrimiz var. Orta Dəhlizdə çox mühüm iki ölkəyik, layihələrimiz davam edəcək”, - deyə Fuat Oktay bildirib.