FİFA referisinə elə gəldi ki, Anrade “Neftçi” azarkeşlərinə hansısa mesaj göndərib. Bəs əslində nə baş verdi? Leandro sarı vərəqəyə layiq idimi? Bu sualları Fariz Yusifova ünvanladıq:
“Belə oyunlarda futbolçular daha diqqətli olmalıdı. Şəkil çəkdirmək üçün rəqibin azarkeşləri olan sektora yaxınlaşmaq lazım deyildi. Azarkeşləri də başa düşmək lazımdı, bu özü də onlara mənəvi sıxıntı verir. Hər halda, oyunun axarını pozmamaq üçün belə hərəkətlərə yol vermək olmaz. Hətta sizə xırda bir şey deyim: baş məşqçinin üzərinə top gələrsə, o, topu rəqibə verməyib kənara atarsa, bu zaman sərt xəbərdarlıq edilir. O vaxt bizə texniki zonadan uzaqlaşdırmaq təlimatı da verilmişdi. Əliyar Ağayevin futbolçunu cəzalandırmasına gəlincə, yəqin ki, ona da təlimat verilib. Düşünürəm ki, oyunun axarını nəzərə alıb, azarkeşləri də sakitləşdirmək üçün belə addım atıb”.
AYGÜN MİRZA