AZ

“Beşiktaş”a qol vurdu, “əsgər salamı” verdi, UEFA-ya şikayət olundu

Türkiyə Futbol Federasiyası (TFF) “Makkabi”nin (Təl-Əviv) futbolçusu Qabriel Kaniçovskidən UEFA-ya şikayət edib.

Sportinfo.az xəbər verir ki, israilli futbolçu ötən həftə Avropa Liqasının 5-ci turunun “Beşiktaş”a qarşı keçirilən oyununda qol vurub və bundan sonra “əsgər salamı” verib.

TFF hesab edir ki, Qabriel Kaniçovskinin bu addımı siyasi məna daşıyır və açıq mesaj vermək məqsədi güdüb.

Bu səbəbdən federasiya UEFA-nın Etik və İntizam Komitəsindən adıçəkilən futbolçuya və klubuna qarşı intizam işi açılmasını xahiş edib.

Nəşr xatırladır ki, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Fransa ilə oyunda Türkiyə milllisinin üzvləri qolu qeyd edərkən hərbi salam verməsi ilə bağlı UEFA intizam araşdırmasına başlayıb.

Araşdırmalardan sonra hərbi salamın siyasi cəhətdən uyğun olmayan davranış kimi qiymətləndirildiyi bildirilib və milli oyunçulara töhmət verilib. Bundan əlavə, TFF 50 min avro cərimə olunub.

Macarıstanda keçirilən matç “Makkabi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
12
1
sportinfo.az

10Mənbələr