"Gəncə" Azərbaycan Basketbol Liqasının cari mövsümündə ilk dəfə məğlub olub.
"Report"un məlumatına görə, Halil Atlının baş məşqçisi olduğu kollektiv V turda "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 85:79.
Gəncə klubu hazırda B qrupunda 9 xalla liderdir. Xallarının sayını 6-ya çatdıran "Sumqayıt" sonuncu-altıncı sıradadır.
Qeyd edək ki, turun əvvəlki dörd matçında "Quba" "Ordu"ya (101:75), "Sərhədçi" NTD-yə (84:79), "Abşeron" "Neftçi"yə (72:56), "Sabah" "Naxçıvan"a qalib gəlib. "Şəki" - "Lənkəran" oyunu isə dekabrın 8-də baş tutacaq.