AZ

Fuat Oktay: "Biz Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq, amma bunu Azərbaycanla bir edirik”

Ermənistanla bir müharibə yaşandı və bitdi, sülh üçün fürsət var.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Fuat Oktay bildirib ki, Azərbaycanla Ermənistan birlikdə çalışanda sülhün yolunu tapa bilir: “Üçüncü ölkələr müdaxilə etmədikcə bu sülh təmin edilə bilər. Qısa zamanda sülhün əldə edilməsinə ümid edirik. "Azərbaycan Ermənistanı Konstitusiyasını dəyişməyə məcbur edir” demək doğru deyil. Azərbaycan daimi sülhə nail olmaq üçün bunu edir. Azərbaycan torpaqlarına haqq iddia edən Ermənistan Konstitusiyası olduğu müddətcə daimi sülhə nail olmaq mümkün deyil. Ermənistanın Konstitusiyasındakı bu maddə aradan qaldırılmalıdır ki, əbədi sülh təmin olunsun və gələcək nəsillərə bu problem qalmasın. Biz buna sonuna qədər dəstək veririk və Ermənistana da hər fürsətdə bunu deyirik. Biz Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq, amma bunu Azərbaycanla bir edirik”.

Seçilən
35
7
xezerxeber.az

8Mənbələr