AZ

Özbəkistan beynəlxalq iqlim hüququ və zərərin qiymətləndirilməsi mərkəzinin yaradılmasını təklif edir

Bakı. Trend:

Özbəkistan beynəlxalq iqlim hüququ və zərərin qiymətləndirilməsimərkəzinin yaradılmasını təklif edir.

Trend xəbər verir ki, bubarədə Özbəkistanın Böyük Britaniyadakı səfiri Rövşən UsmanovLondonda keçirilən "Xəzər regionunun enerji təhlükəsizliyi vəCOP29-un nəticələri" mövzusunda konfransda çıxışı zamanıbildirib.

O, iqlim dəyişikliklərinin ciddiliyini və onların nəticələrinivurğulayıb.

"Bu gün iqlim dəyişiklikləri geosiyasi gərginliyi artıran əsasqlobal çağırışa çevrilib. Biz bu nəticələri Mərkəzi Asiyada da hissedirik, burada iqlim çağırışları xalqımızın həyat keyfiyyətininyaxşılaşdırılması yolunda yeni maneələr yaradır", - RövşənUsmanov.

Özbəkistanın "yaşıl" enerji keçidi sahəsindəki fəaliyyətindəndanışan R.Usmanov qeyd edib ki, Özbəkistan beynəlxalq iqlim hüququvə zərərin qiymətləndirilməsi mərkəzinin yaradılmasını təklifedir.

"Biz günəş enerjisi sahəsində layihələri fəal şəkildə təşviqedirik. Son beş ildə beynəlxalq şirkətlərlə 21 000 meqavat gücündəqurğuların tikintisi üzrə 38 saziş imzalanıb. Biz "yaşıl" enerjininpayını 40 faizə çatdırmağı, həmçinin 2040-cı ilədək stratejiəhəmiyyətli mineralların istehsalını altı dəfə artırmağıplanlaşdırırıq", – deyə o əlavə edib.

COP29-a Azərbaycanın sədrliyi haqqında danışan AzərbaycanınBöyük Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, ənönəmlisi, bütün yayındırıcı amillərə və geosiyasi çağırışlarabaxmayaraq, konfrans iştirakçıları və Azərbaycanın sədrliyi əsasməsələyə – iqlim dəyişikliyinə diqqət yetirə bildi.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov qeydedib ki, iqlim konfransı "regional təşəbbüs, Xəzər COP-u" kimiqəbul edildi. O, COP29-un nailiyyətlərini, o cümlədən 300 milyarddollarlıq iqlim maliyyələşdirilməsi üzrə razılaşmanıvurğulayıb.

"Son 15 il ərzində bu mövzuda müzakirələr aparılsa da, nəticəəldə olunmamışdı. İndi isə bu nəticə Bakıda əldə edildi və bu, sondərəcə vacibdir", - o qeyd edib.

E.Süleymanov ilk dəfə olaraq regionda "yaşıl" keçidə yönəlmişinstitusional hərəkatın müşahidə olunduğunu qeyd edib."Bu, xariciyardım deyil, məhz regionun öz təşəbbüsüdür", - o əlavə edib.

O, həmçinin Azərbaycanın və Xəzər regionunun Avropanın enerjitəhlükəsizliyinin gücləndirilməsindəki rolunu vurğulayıb.

"Transxəzər yaşıl enerji dəhlizi Mərkəzi Asiya – regionda oyunqaydalarını əsaslı şəkildə dəyişdirir", - E.Süleymanov.

Türkiyənin Böyük Britaniyadakı səfiri Osman Koray Ertaş isə"yaşıl" keçidin iqtisadiyyata və enerji təhlükəsizliyinə xələlgətirmədən həyata keçirilməsinin vacibliyini qeyd edib,

"Vəziyyət olduqca mürəkkəbdir. Bizə qlobal motivasiya vəliderlik, eləcə də maliyyələşdirmə aspektləri üzərindəgücləndirilmiş işlər lazımdır", - Türkiyənin Böyük Britaniyadakısəfiri deyib.

O.Ertaş bildirib ki, Türkiyə bərpa olunan enerji mənbələrindənistifadəsini artırmaq və enerji təhlükəsizliyinə nail olmaqməqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistanla əməkdaşlığıgenişləndirmək istəyir.

"Biz enerji təhlükəsizliyinə diqqət yetirməyə və Cənub-ŞərqiAvropadakı qonşularımızı dəstəkləməyə davam edirik. Bolqarıstan,Macarıstan, Rumıniya və Serbiya ilə bağlanmış sazişlərimiz var", –deyə o vurğulayıb.

"COP29 region ölkələrinə davamlı energetikaya sadiqliyimizinümayiş etdirmək üçün platforma təqdim etdi, baxmayaraq ki,qarşımızda unikal çağırışlar var. Biz milli imkanlarımızı ümumigündəliyə uyğunlaşdırmaq üçün fəal şəkildə çalışırıq", -Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqjan İlyasov qeydedib.

"Ölkəmizdə enerji qarışığını diversifikasiya etmək vacibdir.Məqsədimiz günəş və külək enerjisindən əlavə, hidrogen, nüvəenerjisi və təbii qaz kimi azkarbonlu enerji mənbələrini inkişafetdirməkdir", - Qazaxıstanın enerji təhlükəsizliyinə artandiqqətindən danışan o əlavə edib.

"Enerji təhlükəsizliyi getdikcə daha çox regional xarakter alır.Bizim üçün əsas nəticələrdən biri regionu güclü və dayanıqlı enerjiicması kimi dərk etməkdir. Əməkdaşlıq yolu ilə bir-birimizidəstəkləyə bilərik", – deyə Maqjan İlyasov fikrini tamamlayıb.

X: @Lyaman_Zeyn

Seçilən
45
1
az.trend.az

2Mənbələr