AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov Avropa Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Elçin Məmmədov əsas mərhələnin 3-cü turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Atletik” (İspaniya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma dekabrın 11-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq. “Fənərbaxça” – “Mançester Yunayted” matçına Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.