Bu gün Premyer Liqada 16-cı tura start veriləcək.
Sportinfo.az xəbər verir ki, turun mərkəzi oyununda “Sabah” “Qarabağ”la üz-üzə gələcək.
Hazırda Ağdam klubu 37 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 22 xalla beşinci pillədə qərarlaşıb.
Ötən tur Vasili Berezutskinin rəhbərliyi altında çempionatda ilk oyununa çıxan “Sabah” 7 matçlıq qələbə həsrətinə son qoydu.
“Qarabağ” isə son 3 turu maksimum nəticə ilə başa vurub. Qurban Qurbanovun komandası sonuncu dəfə 12-ci turda “Turan Tovuz” səfərində xal itirib (0:0).
“Köhlən atlar”ın baş məşqçisi bu matç barədə danışıb:
“Biz daha çox öz oyunumuz, futbolçuları qarşıdakı matça yaxşı hazırlaşdırmaq barədə düşünürük.
“Sabah” həmişə istəkli komanda olub. Onlarla oyunlarımız maraqlı keçib”.