Azərbaycan Premyer Liqasında 16-cı tura bu gün start veriləcək.
Turun prinsipial matçı ilk oyun gününə təsadüf edəcək.
"Sabah" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək.
Vasili Berezutskinin baş məşqçi postuna gəlməsindən sonra "tələblər"in tədricən özünə gəlməsi bu oyundan olan gözləntiləri də birə-beş artırıb
"Səbail"lə oyunda 7 oyunluq qələbə həsrətinə son qoyan Masazır klubu çətin Tovuz səfərində isə "Turan"ı penaltilər seriyasında üstələyərək Ölkə Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanmış oldu.
Görəsən, uğurlu gedişatı bu gün liderlə matçda davam etdirmək mümkün olacaqmı?
Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq komandanın forvardı Neqoş Kupusoviç çox inamlı danışıb:
"Hazırda bütün diqqətimiz “Qarabağ”la oyuna yönəlib. Hər birimiz bu matçı səbirsizliklə gözləyirik.
“Qarabağ” böyük komandadır, onlar Avropa Liqasının liqa mərhələsində iştirak edirlər.
Doğma stadionumuzda baş tutacaq oyunda 3 xal qazanmaq üçün ən yaxşı oyunumuzu sərgiləməliyik".
"Bank Respublika Arena"da keçiriləcək görüşün start fiti 18:00-da veriləcək.
XANOĞLAN