"Haypers Quba" cəzalandırılıb.
Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu barədə qərar bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında verilib.
II Liqanın 11-ci turunda keçirilən “Dinamo” – “Haypers Quba” matçının 80-ci dəqiqəsində qonaq komandanın heyətində adı matçın protokolunda olmayan 17 nömrəli futbolçu Nail Təhməzli oyuna daxil olub.
Bu səbəbdən “Haypers Quba”ya texniki məğlubiyyət verilib (hesab 4:1 saxlanılır) və 400 manat cərimə edilib.
Maraq üçün bildirək ki, region təmsilçisinin başına eyni hal bu mövsüm ikinci dəfədir gəlir.
Belə ki, AFFA İntizam Komitəsi birinci turda "Araz Saatlı"nı 3:2 məğlub etdiyi görüşdə "Haypers Quba"ya texniki məğlubiyyət vermişdi.