AZ

Türkiyə rəsmisi: Dezinformasiyaların ən acı nümunələrini Azərbaycan yaşayıb

Dezinformasiyaların ən acı nümunələrini Azərbaycan yaşayıb.

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda beynəlxalq dəyirmi masada çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gün bütün dünyada sosial media diplomatiyasının önəmi artıb. Sosial media artıq toplumların ən çox informasiya aldığı məkana çevrilib:

"Artıq dezinformasiya ilə mübarizə çox vacib məsələdir. Xüsusilə, texnologiyanın inkişafına, süni zəkaya hakim ola bilməsək, sonrakı hadisələr qarşısıalınmaz nəticələrə gətirib çıxarar. Qardaş ölkə Azərbaycana yönəlik qlobal miqyasdakı qarayaxmalara qarşı birgə mübarizə aparırıq. Eynilə, Türkiyəyə qarşı dezinformasiyalara da etirazımız ortadadır".

F.Oktay bildirib ki, Vətən müharibəsi ilə bağlı Fransa parlamentində Azərbaycanın guya Ermənistan torpaqlarını işğal etdiyi ilə bağlı qətnamə qaldırılmışdı:

"Bu gün istər ABŞ, istərsə də Avropa dövlətlərində "X panikası" mövcuddur. Görünür, dezinformasiya ilə mübarizə apara bilməsək, gələcəkdə bizi gözləyən təhlükədən yaxa qurtara bilməyəcəyik".
Seçilən
18
6
sherg.az

5Mənbələr