AZ

Cənubi Koreya prezidentinə qarşı impiçment cəhdi parlamentdə baş tutmadı

 

Cənubi Koreya prezidenti Yoon Suk-Yolun hərbi vəziyyət tətbiq etmək cəhdinə görə impiçment edilməsi üçün keçirilən səsvermə şənbə günü kvorum olmadığı üçün ləğv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Yonhap nəşri yazıb.

Bütün 192 müxalifət deputatı və iqtidarda olan hakim partiyanın üç deputatı impiçmentin lehinə səs verdikdən sonra kvorum beş səs çatışmazlığı ilə nəticələndi.

KİV-in məlumatına görə, səsvermənin uğursuzluğundan sonra müxalifət lideri “nəyin bahasına olursa olsun” prezidentin impiçmentinə nail olacağını deyib.

Cənubi Koreya prezidenti Yoon Suk-Yol şənbə günü deyib ki, o, bu həftənin əvvəlində hərbi vəziyyət elan etməklə ictimaiyyətin narahatlığına səbəb olmasından “səmimi şəkildə təəssüflənir” və bir daha belə bir işə cəhd etməyəcəyinə söz verib.

Cənubi Koreya prezidenti çərşənbə axşamı gecə hərbi vəziyyət elan edib və Milli Assambleya əleyhinə səs verdikdən altı saat sonra onu ləğv edib.

Xatırladaq ki, Yoon 2022-ci ilin may ayında beş illik müddətə seçilib.

KONKRET.az

Seçilən
61
konkret.az

1Mənbələr