AZ

Cavid Hüseynov: “Alınmır”

“Bu matça yaxşı hazırlaşsaq da, məğlub olduq. Nələrisə dəyişmək istəyirik, alınmır”.

İdman.biz xəbər verir ki, bunu Misi Premyer Liqasının XVI turunun “Araz-Naxçıvan”la oyunundan sonra keçirilən mətbuat konfransında “Səbail”in baş məşqçisi Cavid Hüseynov deyib.

O, ev matçı barədə fikirlərini açıqlayıb: “Hücumda problemlərimiz var, düzəldə bilmirik. Səbirli olmalı, toparlanmalıyıq. Fasiləyə qədər iki oyunumuz qalıb. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Əlimizdə çox material yoxdur, zədəlilərimiz də var. Komandanı Premyer Liqada üç oyuna çıxarmışam. "Qarabağ"la mübarizə aparmaq çox çətindir. "Sabah"dan xal almağa çox ümid edirdik. "Araz-Naxçıvan" ən yaxşı formada olan iki komandadan biridir. Əgər komandada hücumçu yoxdursa, heyət geniş deyil. Hər mövqedə iki oyunçu olmalıdır”.

Hüseynov qışda heyətin güclənməli olduğunu qeyd edib: “Ümid edirəm ki, istədiyimiz transferləri edə biləcəyik. Bir neçə mövqeyə futbolçu gətirəcəyik. Bir qələbə də kifayət edər ki, özünəinam qayıtsın. Özünəinam çox önəmlidir. Bizim üçün hər rəqib eynidir. Sonuncu pillədə olmağımız komandada təzyiq yaradır. Futbolçular tunrir cədvəlinə baxanda görəndə narahatlıq keçirirlər”.

Qeyd edək ki, “Səbail” “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzub.

İdman.biz

Seçilən
46
idman.biz

1Mənbələr