AZ

İsrail Suriya ilə sərhədə əlavə qoşun yığır

Suriya müxalif qüvvələri İsrailin nəzarətində olan Qolan təpələri yaxınlığındakı Quneytra şəhərini nəzarətə götürdüklərini bəyan ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

İsrail yerli mətbuatında yayılan xəbərlərdə də hökumət qüvvələrinin Quneytradan geri çəkildiyi qeyd edilib.

İsrail ordusu son irəliləyişlərə cavab olaraq Suriya ilə sərhədinə əlavə qüvvələr yerləşdirməyə qərar verdiyini açıqlayıb.

İsrail ordusunun bəyanatında deyilir: “Vəziyyətin qiymətləndirilməsindən sonra Suriya sərhədi yaxınlığındakı Qolan təpələrində müdafiə əməliyyatları üçün əlavə qüvvələrin cəlb edilməsi qərara alınıb”.

Xatırladaq ki, bundan əvvəl etirazçı qüvvələrin Dera və Suveydaya nəzarəti ələ keçirdiyi barədə məlumat verilmişdi.
Seçilən
40
7
sherg.az

4Mənbələr