Hazırda qış fasiləsinin elan olunmasını ən çox səbirsizliklə gözləyən Qurban Qurbanovdur.
«Qarabağ» bir neçə legionerlə güclənəcək. O, bunun üçün əlindən gələni edəcək.
Qurbanov komandasını bizdən min dəfə yaxşı tanıyır. Nəyi nə vaxt və necə etmək lazım gəldiyini də hamıdan yaxşı bilir.
«Qarabağ» onun şah əsəridir. Biz, sadəcə, Qurbanovu tanıdığımız üçün onun qarşıdakı dönəmlə bağlı nə düşündüyünü təxmin edirik. İki mərkəz müdafiəçisi və hücumçu alacaq – əminik. Bir-iki «yan» transfer ola bilər, istisna eləmək olmaz. Hər şey Avropa Liqasının Liqa mərhələsinin son 3 turundan asılıdır. «Qarabağ» iki qələbə qazansa, pley-off mərhələsinə vəsiqə əldə edəcək, orada isə tablonu daha tüng rənglərlə boyamaq lazım gələcək. Yoxsa Premyer Liqanı hazırkı heyətlə də qazanmaq mümkündür. Çox «derbi-derbi» deyirdik, onu da gördük. Bir daha bəlli oldu ki, Azərbaycanda «Qarabağ»la ayaqlaqa biləcək ikinci komanda yoxdur yenə də. Bunun üçün daha 2-3 ilin gəlib keçməsini gözləmək lazımdır, ən azından.
«Qarabağ» hətta ikinci heyətlə «Neftçi»yə öz üstünlüyünü qəbul etdirir. İstər oyun, istər nəticə baxımından.
ELXAN