AZ

Yüksək Liqa: “Gəncə” “Milli Aviasiya Akademiyası”na da uduzdu

Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 2-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə qarşılaşması Gəncədə baş tutub. Mövsümə məğlubiyyətlə başlayan “Gəncə” və “Milli Aviasiya Akademiyası” ilk qələbə üçün meydana çıxıblar. Tay-brekə kimi davam edən görüşdə qonaqlar qalib gəliblər.

Qeyd edək ki, turun ilk günündə “Azərreyl” “Murov”a 3:2 (25:18, 23:25, 22:25, 25:8, 18:16), “Abşeron” isə UNEC-ə 3:0 (25:12, 25:10, 15:9) hesabı ilə qalib gəlib.

Qadın voleybolçuların Yüksək Liqasında 3-cü turun oyunları dekabrın 13-də keçiriləcək.

Yüksək Liqa
2-ci tur
7 dekabr

“Gəncə” – “Milli Aviasiya Akademiyası” – 2:3 (20:25, 21:25, 25:17, 25:18, 11:15)
Gəncə İdman Sarayı.

2 turdan sonra turnir cədvəlindəki vəziyyət belədir:

  1. “Abşeron” – 2 oyun, 2 qələbə, 0 məğlub, 6 xal
  2. “Azərreyl” – 2 oyun, 2 qələbə, 0 məğlub, 5 xal
  3. “Murov” – 2 oyun, 1 qələbə, 1 məğlub, 4 xal
  4. “Milli Aviasiya Akademiyası” – 2 oyun, 1 qələbə, 1 məğlub, 2 xal
  5. “Gəncə” – 2 oyun, 0 qələbə, 2 məğlub, 1 xal
  6. UNEC – 2 oyun, 0 qələbə, 2 məğlub, 0 xal
Seçilən
82
arena.az

1Mənbələr