AZ

Arda Gülər 11 yaşlı “Arda Gülər”ə jest etdi, böyük rəğbət qazandı - FOTOLAR

Türkiyə millisinin və “Real Madrid”in futbolçusu Arda Gülər təqdirəlayiq addımı ilə gündəmə gəlib.

Sportinfo.azz xəbər verir ki, türkiyəli oyunçu imzalı formasını “amputasiyalı futbolun Arda Güləri” adlandırılan 11 yaşlı Kərəm Demezə hədiyyə edib.

Ardanın hədiyyəsini anası Serap Gülər təqdim edib.

Məlumata görə, Kərəm ana bətnində olarkən keçirdiyi xəstəlik səbəbindən bir ayağı əngəlli doğulub və 8 yaşında sağ ayağı amputasiya edilib.

O, futboldakı istedadına görə komanda yoldaşları tərəfindən “amputasiyalı futbolun Arda Güləri”adlandırılıb.

Kərəm Arda Güləri nümunə götürdüyünü bildirib.





Seçilən
44
sportinfo.az

1Mənbələr