2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 17,6 faiz artaraq 1816,4 min nəfər olub.
Milli.Az xəbər verir ki, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 35,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,1 faiz, Gürcüstana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 10,8 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,8 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.
2024-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,6 faizi hava, 28,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Milli.Az